Azərbaycanın U-22 voleybol komandası Türkiyədən Kosovoya uçub -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycanın U-22 voleybol komandası Türkiyədən Kosovoya uçub -İNTİQAM təqdim edir (AZpress.AZ)
20-22 may aralığında Kosovoda 22 yaşadək oğlan voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsi keçiriləcək. Həmin turnirdə eyni yaşdan olan Azərbaycan millisi də iştirak edəcək. Qeyd edək ki, turnirə hazırlıq məqsədi ilə yığmamız Türkiyədə təlim-məşq toplanışında (TMT) olub. Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, aprelin 29-dan Bakıda startı verilən TMT-a Türkiyədə yekun vurulub.
Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə iki oyunda gücünü yoxlayıb. Hər iki qarşılaşmada "ay-ulduzlular" qələbə qazanıb - (0:4, 1:3).
Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komandaməz bu gün Türkiyədən birbaşa Kosovoya yollanıb. Komandamız Kosovoda ilk matçını mayın 20-də yerli komandaya qarşı keçirəcək. Daha sonra Eldar Əliyevin yetirmələri Hollandiya (21 may) və Slovakiya (22 may) qarşılaşacaq. Qaydalara görə qrup liderləri və ikinci yeri tutan ən yaxşı komanda AÇ-nın final mərhələsində iştirak etmək hüququ qazanmış olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


