“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin birinci hissəsi açıldı (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=205)

“AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgilərinin birinci hissəsi açıldı (AZpress.AZ, Mahir Əhmədov, +FOTO=205)

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ŞUŞA İli”nə töhfə olaraq, uşaqların, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onların əhatə olunduqları mədəni mühitə yanaşma tərzinin təkmilləşdirmək, onların bədii zövqünü inkişaf etdirmək, Azərbaycan xalqının mədəniyyətini, şanlı Azərbaycan əsgərinin qəhrəmanlığını, işğaldan azad olunmuş ərazilərimizin mədəni irsinin daha geniş təbliği məqsədilə elan olunmuş “AZƏRBAYCANIM” V RESPUBLİKA UŞAQ RƏSM FESTİVALI çərçivəsində nəzərdə tutulmuş 4 gün növbəli sürətdə keçirilməsi nəzərdə tutulmuş yekun sərgilərinin ilk sərgisi 2022-ci ilin 18 may tarixində Xətai Sənət Mərkəzində açıldı.

 

Sərgini giriş sözü ilə Aərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov tədbirin iştirakçılarını salamladı və tədbirin əhəmiyyətindən danışdı . Həmçinin açılışda Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Aqşin Mirfeyzullazadə,Xətai rayon İcra Hakimiyyəti Humanitar məsələlər üzrə şöbə müdüri Pənah İmanov , Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini balaca rəssamlarla bölüşdülər.

 

Sərgi iştirakçıları serifikatla təltif olundular.Sərgilərin davamı növbəli şəkildə 19,20,21 may tarixlərində açılacaqdır.
Nəzərinizə çatdıraq ki ,sərgilərdə elektron kataloqda https://www.yumpu.com/xx/document/read/66828814/azerbaycanim-v-resm-festivali-2022
yerləşdirilmiş müəlliflərin əsərlər sərgiənir.

 

Tədbirdə ən azı 3 əsəri ilə təmsil olunan tədris mərkəzləri (siyahı linkdə qeyd olunub) https://www.yumpu.com/xx/document/read/66828863/tdbird-n-az-3-sri-il-tmsil-olunan-tdris-mrkzlri-tskkurnam-il-mukafatlandrlacaq təşəkkürnamə ilə mükafatlandırılacaq.
Xatırladaq ki,sərgilərdən seçilmiş üç yaş qrupundan uzrə hər yaş qrupu üzrə 10 ən yaxşı əsərin müəllifi festivala dəvət olunacaq

 

Tədbirin gedişini Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,instagram-@xetaisenetmerkezi) və Azərbaycan Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook - ADRQalereya.az, instagram - @azgallery.az) həmçinin qalereyanın internet saytı (www.azgallery.az) vasitəsilə izləmək mümkün olacaq.

 

Mətbuat dəstəyi: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərtac, Mədəniyyət qəzeti, Azpress.az, Milli.az, Trend news agency, Day.az, Edumap, Eduonline.az, Frame.az, xsm.az və Tanışolaq jurnalı

 

Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens”in Artcreation brendidir.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020