Sərhəddə insident: Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

Sərhəddə insident: Azərbaycan vətəndaşını GÜLLƏLƏDİLƏR

 

May ayının 16-da İran İslam Respublikasının sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan Respublikasının vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən İİR sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub.

Mayın 18-də mərhumun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.

Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İİR tərəfinə müvafiq sorğu göndərilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020