Gövhər Beydullayeva liderliyi ələ alıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Gövhər Beydullayeva liderliyi ələ alıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bir gün öncə ölkənin ən güclü qadın şahmatçılarının iştirakı ilə Azərbaycan çempionatına start verilib. Mükafat fondu 11400 manat təşkil edən çempionatda 8 qrossmeyster mübarizə aparır. İkinci turdan sonra yarış cədvəlində təkhakimiyyətlilik yaranıb. Yenicə FİDE tərəfindən beynəlxalq qrossmeyster adına layiq görülən Gövhər Beydullayeva ikinci turda çempionatın favoriti hesab edilən Gülnar Məmmədovanı mat qoymaqla vahid liderə çevrilib. Hərəyə 1,5 xal toplayan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə 2-3-cü yerləri bölüşür.
Qeyd edək ki, reqlamentə görə, ölkə çempionu adını qazanan şahmatçı 4000 manat mükafat alacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com