Taekvondoçuların Avropa çempionatı başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Taekvondoçuların Avropa çempionatı başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Bu gün İngiltərənin Mançester şəhərində taekvondo üzrə Avropa çempionatına start verilib. Çempionatın start günü ikisi parataekvondoçu olmaqla 6 təmsilçimiz dayanq üzərinə çıxaraq, mübarizəyə qatılıb. Onlardan ikisi qələbə qazansa da, digər ikisi məğlubiyyətlə üzləşib. Kişilərdən Sayad Dadaşov (54 kq) xorvatiyalı Yosip Teskeri ilə döyüşdə 13:9 hesabla məğlub olsa da, Qasım Maqomedov (63 kq) ukraynalı Vladimir Bıstrovla ilk döyüşdən qalib ayrılıb - 20:8.

 

Zəriflərə gəlincə, Patimat Abakarova (49 kq) gözlənilmədən almaniyalı Suparde Kisskaltaya uduzsa da (7:18), Röya Hacıyeva (53 kq) danimarkalı Lyuis Linqbaekə qalib gəlib - 6:3

 

Bu gün bu adları çəkilən dayanq ustaları ilə yanaşı, parataekvonduçularımız - Röyalə Fətəliyeva (47 kq) ilə Sabir Zeynalov (58 kq) da dayanq üzərinə çıxacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020