Rus Evində iki görkəmli bəstəkarın yubileylərinə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=13)

Rus Evində iki görkəmli bəstəkarın yubileylərinə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=13)

 

18 may 2022-ci il tarixində Bakıdakı Rus Evində iki görkəmli bəstəkarın - V.Solovyov-Sedoy və R.Hacıyevin yubileylərinə həsr olunmuş konsert keçirilmişdir.

 

Konsert proqramı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina tərəfindən hazırlanmış, həm klassik, həm də estrada nömrələrindən ibarət idi.

 

Tədbir Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İ.X.Zinnurov tərəfindən açıq elan edildi.

 

Konsert proqramında aşağıdakılar iştirak edib: Azərbaycan Respublikasının əməkdar artisti Anton Ferştandt, Bakı Musiqi Akademiyasının konsertmeysteri Dilarə Kərimova, Dövlət Akademik Filarmoniyasının solisti Fərhad Ələkbərov, Niyazi Simfonik Orkestrinin solisti Lalə Muxtarova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, BMA-nın məktəb-studiyasının şagirdi Teymur Kazımov, həmçinin BMA-nın tələbə və məzunları - Almaz Şahbazlı, Aysel Hüseynzadə, Eliyar Əliyev, Leyla Cavadova, Kamilla İmanova, BeatBlast qrupu (Məryəm Vəliyeva (vokal), Əli Talıbov (piano) , Ayan Məmmədova (viola), Cavidan Rəsulov (saksafon) , Faiq Əlizadə (truba), Azər Səfərzadə (baraban dəsti), Mark Zinçenko (bas gitara).

 

Tədbirdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikov, diplomatik korpusun, ictimaiyyətin, gənclər təşkilatlarının, elm və təhsil müəssisələrinin nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri, həmvətənlər və biznes dairələrin nümayəndələri iştirak ediblər.

 

Konsert böyük anşlaqla baş tutdu, tamaşaçılar hər bir musiqi parçasını sürəkli alqışlarla qarşıladılar. Sevimli əsərlərinin ifası zamanı tamaşaçılar emosiyalarını cilovlamayaraq, musiqiçilərlə birgə oxudular.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020