Azərbaycanın “Avroviziya”da səslərinin ləğv olunma səbəbi açıqlandı

Azərbaycanın “Avroviziya”da səslərinin ləğv olunma səbəbi açıqlandı

 

“Avroviziya”da 6 ölkədən olan münsiflərin səsvermə hüququndan məhrumedilmə səbəbi açıqlanıb.
Bu barədə “eurovisionworld.com” məlumat yayıb.

Bildirilib ki, Avropa Yayım Birliyi 2-ci yarımfinalda iştirak edən altı ölkənin münsiflər heyətinin səslərində qeyri-qanuni səsvermə halları aşkarlayıb.

Belə ki, 2-ci yarımfinalda Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodan olan altı münsif bir-birini aydın şəkildə üst sıralarda yerləşdiriblər. Qurumun yaydığı məlumtatda bildirilir ki, başqa sözlə həmin ölkələr bir-birlərinə səs vermək barədə razılaşıblar.
Bu səbəblə həmin ölkələrdən olan münsiflər səsvermə hüququndan məhrum ediliblər.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020