Könüllərdə yaşayan Natəvan adlı tədbir keçirilib +FOTO=17

“Könüllərdə yaşayan Natəvan” adlı tədbir keçirilib +FOTO=17

“Könüllərdə yaşayan Natəvan” adlı tədbir keçirilib 

 

Mayın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr edilən “Könüllərdə yaşayan Natəvan” adlı tədbir keçirilib.

 

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Baş İdarənin rəisi İbrahim Əliyev, şairə, publisist Nəzakət Məmmədli, yazıçı-publisist, şairə, Pərixanım Mikayılova, xalq yazıçısı Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının katibi, publisist Şəhanə Müşfiq, yazıçı, şairə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Gülarə Munis, şairə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Zərəngiz Mansurova və digər qonaqlar iştirak edib.

 

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova Xurşidbanu Natəvanın həyat və yaradıçılığından ətraflı məlumat verib. O, Azərbaycan mədəniyyəti tarixində lirik şairə və rəssam kimi şöhrət tapmışdır. Nizami, Füzuli və Nəvai kimi nəhəng sənətkarların yüksək poetik ənənəsindən tərbiyə alıb böyüyən Natəvan, ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairələrin ən istedadlı nümayəndəsi olduğunu bildirib.

 

Daha sonra şairənin həyat və yaradıçılığını əks etdirən videoçarx nümayiş olunub.
Çıxışçılar Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından olduğunu vurğulayıb, onun kitabları haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi Səma Həmzəyevanın ifasında Xurşidbanu Natəvanın “Qərənfil” romansı, “Evləri var xana-xana” xalq mahnısını səsləndirilib.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020