Azər Axşam: Kişilər sevdiyi xanıma xəyanət edərmi?! - VİDEO

Azər Axşam: Kişilər sevdiyi xanıma xəyanət edərmi?! - VİDEO

“Üzə-düz”- Azər Axşam-MTV Azərbaycan kanalı

“Heç vaxt efirdən istifadə etmədim. Çünki efir mənim atamın şirkəti, firması deyil. Əfsuslar olsun ki, bu gün bir çox teleaparıcılar efirlərinə o cür baxırlar. Verililişlərinə də həmçinin. Sanki proqram onunla birgə doğulub. Günah onlarda deyil ki? Televiziya rəhbərliyində səhv var ki, aparıcıya səviyyəsinə, bacarığına, biliyinə görə deyil, aparıcının kimindənsə qorxduğuna görə meydan sulamağa imkan verir. Həmin aparıcı da özünü elə aparır ki, burda mənəm, Bağdadda kor xəlifə. Onlara gözün üstündə qaşın var deyən də yoxdur, istədiyini də ala bilir. Hətta istəmədiyini də işdən çıxara bilir. At oynadır. Sən bir aparıcıya deyirsən ki, gəl kanalımda işlə, 800 manat alacaqsan. Aparıcı da deyir ki, o pulla dolana bilmirəm də. Bilir ki, axı o biri həmkarı 3000 alır. Deyəndə də, intriqalar yaranır. Ver o pulu amma məndən kəsib vermə!”

“Aparıcısı olduğum “Milyonçu”dünya şöhrətli şou idi. Amma o şou mənə xırda populyarlıqdan savayı, heç nə qazandırmadı. Aktyor olur e, yaxşı obrazlar ifa edir, sonda da heç bir mükafatını almaz. Bu veriliş də mənimçün belə bir şey oldu. Mənə olan dəyəri, qiyməti versələr, kifayət idi! Yalandan niyə danışım ki?! “Milyonçu” mənə yüksək məşhurluq vermədi, bu gün də kimsə demir ki, Azər Axşam bilirsən kimdir? Dünya şöhrətli “Milyonçu”nun aparıcısıdır. Illər sonra “İctimai” kanalda bu şou yenidən başlayanda çox adam zəng elədi məni təbrik eləməyə. Səbəbini soruşanda dedilər ki, bəs şou başlayır da. Hər kəs gözlədi. Dedim vallah mənə deməyiblər, inanın ki, heç deməyəcəklər. Müraciət də olmayacaq. 49 yaşım var, nə aparıcı, nə də aktyor kimi heç bir telekanaldan təklif gəlməyib. Azərbaycanda təklif olunmur!”

“Verilişi tanışa, bilişə, sponsor tapana verirlər. Proqramı onun öhdəsindən  daha yaxşı gələcək birinə vermirlər. Efir saatlarının bölümü düz deyil. Hər aparıcının bir müddətdən sonra aparacağı saat var. O öz zəhmətiylə axşam efirini qazanıb axı. Bu gün primetime-da Azər Axşam yoxdur! Belə bir sual yaranır da? Azər Axşam yoxdur, kim bəs? Azərdən yaxşısı varsa, alqışlayıram! Mütləq ki var! Azərə axşam efiri vermirsən, tamam! Bəs kimə verirsən?!”

“Telekanal rəhbəri olmaq istəməzdim. Həmişə deyirəm ki, yaradıcı insan rəhbər ola bilmir, çərçivələri sevmir. Rəhbər olmaq xüsusi istedaddır, o hər adamda olmur. Sadəcə hansısa kanalda bədii rəhbər missiyası daşıya bilərəm. Dəfələrlə təklif eləmişəm ki, “əyləncəli intellektual proqramlar departamenti” açın. Deyə bilərlər ki, bu kimi yeni layihələr var, onlara uyğun kastinq edib, aparıcılar seçin. Bəla budur ki, bu yoxdur, seçim edə bilmirik. Deyirlər filankəs aparıcı olacaq, vəssalam! Qoy qızlar, oğlanlar gəlsin, yeni sima, yeni üz, Azər seçsin də. Kimsə desin ki, aparıcı olmaqda Azər bəyə təşəkkür edirəm. Bu mənimçün daha böyük mükafatdır. Bütün kastinqləri efirdə edirik, təmizləyirik. Olmaz! ”

“Kişilər sevdiyi xanıma xəyanət edərmi?! Kişilərin ən böyük bəlası odur ki, onlar xəyanət edəndə fikirləşmirlər ki, xəyanət edirlər. Xəyanətin ən böyük səbəbkarı elə qadınlardır. Xəyanət edən insan ilk olaraq özünə, imanına, düzlüyünə xəyanət etmisən. Qadının tam hüququ var ki, ona xəyanət edən kişini tərk edib getsin. Xəyanət edən kişi də xanımının bütün istəklərini həyata keçirməlidir. Deməlidir ki, səhv etdim, məni bağışla. Və deməlidir, sənin məndən istəyin nədir yaralarını bir balaca bağlayacağım? EV, maşın axı nə? Bəlkə qadın o məqamda deyəcək ki, səni itirmək istəmirəm! Orda açılır sənin insanlığın, əsl kişiliyin! Qadın deyə bilər ki, gözəl insandır, səhv edib, şeytana uyub. Onda bağışla. Nə olur-olsun xəyanət düşüncəsi varsa, bu günahdır. Bu olubsa, day bunu heç kimə demə. Tövbə et, həyatını yaşa. Çünki sən qarşı tərəfə doğrunu deməklə, heç nəyi düzəltməyəcəksən. Kişilər 90 faiz sevdiyi qadınlara acıqdan xəyanət edirlər. Xəyanətdə mən tək günahkar deyiləm ki, səndə tapa bilmədiyimi kənarda axtardım. Ona görə yox ki, səni sevmirəm. Qadın xəyanət etməməlidir. Xəyanət bağışlanıla bilməz. Bağışlasa da, o ancaq qadın ola bilər. Amma kişi bağışlaya bilməz. Hətta o qadın da istəməz ki, kişi onu bağışlasın. Çünki o kişi ilə yaşamaq olmaz. Qadının gözündən düşəcək. Qadın istədiyini ucaldıb, istədiyini məhv edə bilər. Qadın böyük qüvvədir. Yuvanı düzəldən qadın olmaq lazımdır, dağıdan yox. Kişi özündə də günah axtarmalıdır, niyə alanda yaxşı qız idi, sonra pis? İki insan boşanıbsa, ikisində də günah var!”

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020