Mərkəzi Gömrük Hospitalının uzman pediatrı "Vitamin qəbulu" mövzusunda danışıb - VİDEO

Mərkəzi Gömrük Hospitalının uzman pediatrı "Vitamin qəbulu" mövzusunda danışıb - VİDEO

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev vitamin qəbulu mövzusunda ATV-nin "Səhər" proqramına müsahibə verib. Süjeti Mərkəzi Gömrük Hospitalının youtube kanalında izləyə bilərsiniz. Linki  Sizə təqdim edirik.  https://www.youtube.com/watch?v=x9QEXiKVaJ8

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr  Telman Aytayev deyib:   “Hər vitamin çatışmazlığının klinik əlamətləri var.  Orqanizmində rutin olaraq vitamin çox nadir hallarda məsləhət görülür.  Yəni iştahsızlıq və  çəkidə çatışmazlıq varsa, bir-iki dəfə profilaktik məqsədlə vitamin verilə bilər.  Uşağıa vitamin verilərkən onun boyuna, çəkisinə yaşına görə inkişafı izlənilməlidir. Multivitamin verilməsi uşağa kömək etməyə bilər, hətta  hansısa dərmanın yan təsiri də meydana çıxa bilər.”

Qeyd edək ki, üzvi birləşmələrdən ibarət olan vitaminlər insan qidasının zəruri hissəsini təşkil edir. Qidaların tərkibində vitaminlər çatışmadıqda orqanizmin funksiyası pozulur, nəticədə avitaminoz və yaddaş zəifliyi kimi hallar yaranır. Lakin  ehtiyac olmadıqda qəbul edilən vitaminləri yanlış addım kimi  dəyərləndirilir. Vitaminlərin  miqdarı çox olduqda isə müxtəlif xəstəliklərə səbəb olur. Həddindən artıq vitamin qəbulu sağlam uşaq demək deyil.

Orqanizmə C vitamini  lazım olduğu halda  bir qrup vitaminlər,  dəmir və  digər mikroelementlərin artıq istifadəsi bədəndə depolanmaya şərait  yaradır. Ona görə də  sağlam qidalanma  ən yaxşı seçimdir. Sağlam qidalanma zamanı  meyvə, tərəvəz daha çox ağ ət, yəni balıq və toyuq əti ilə qidalandıqda orqanizmə lazım olan vitaminlər alınır. Hazır və paketli qidaların qəbulu zamanı bir sıra vitaminlərin çatışmazlığı yarana bilər.  Vitamin çatışmazlığı zamanı qan azlığı, nevroloji və metobolizm problemlərlə özünü göstərir.

Hər vitaminin xüsusi vəzifəsi var.  D vitamini hər yaş qrupuna verilməlidir, bu. uşaqların  əsəb  sisteminə, sümük quruluşlarına  və normal inkişafa kömək edir.  Kalsium, maqnezium, potasium  kimi vacib mineralalrın ana südündə  olması isə körpələrə  daha çox faydalıdır.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020