Gimnastlarımız Dünya Kubokunun finallarında -İNTİQAM təqdim edir (AZpress.AZ)

Gimnastlarımız Dünya Kubokunun finallarında -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İspaniyanın Pamplone şəhərində bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı keçirilir. Yarışda Azərbaycan gimnastları da mübarizə aparırlar. Təmsilçilərimizdən Zöhrə Ağamirova fərdi yarışlarda həm həlqələrlə, həm də topla nümayiş etdirdyi hərəkətə görə 8 finalçı arasında yer alıb. Qeyd edək ki, həlqələrlə hərəkətə görə hakimlərdən 31.000 bal alan Zöhrə topla 30.200 bal toplayıb. Maraqlıdır ki, Ağamirova 61.200 xalla çoxnövçülükdə 5-cidir.

 

Heyətində Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Ləman Əlimuradova. Yelizaveta Luzan və Dariya Sorokinin yer aldığı qrup hərəkətləri üzrə komandamız isə beş həlqə ilə nümayiş etdirdiyi hərəkətə görə 29.600 bal toplayıb ki, bu da komandamıza finallara qatılmaq şansı verib.

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020