Fəridə Əzizova AÇ-da 14 finalı keçə bilmədi -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Fəridə Əzizova AÇ-da 14 finalı keçə bilmədi -İNTİQAM təqdim edir (AZpress.AZ)
Böyük Britaniyanın Mançester şəhərində kişi və qadınlar arasında taekvondo üzrə keçirilən Avropa çempionatının üçüncü günü Azərbaycan komandası üçün uğursuz olub. Belə ki, məhz üçüncü gün dayanq üzərinə çıxan 5 təmsilçimizdən heç biri mükafatçılar arasında yer ala bilməyib. Kişilərin yarışında Cavad Ağayev (68 kq) sloveniyalı Lina Kovaçiçlə macar idmançı Levent Busanini məğlub etsə də ispaniyalı Xavyer Pereslə bacarmayıb. 80 kq-da mübarizəyə qatılan təmsilçimiz Taleh Süleymanov isə elə ilk döyüşdəcə məğlubiyyətlə üzləşib. Qadınlara gəlincə, heç yığmanın liderlərindən olan Fəridə Əzizova (67 kq) da fərqlənə bilməyib. 18 finalda türkiyəli Mervenur Avçını udan Fəridə 14-da fransalı Maqdı Xeininlə bacarmayıb. 46 kq-da dayanq üzərinə çıxan Minayə Əkbərova isə start döyüşündə uduzaraq, çempionatla lap erkən vidalaşıb. Bu gün mübarizəyə qatılan para-taekvondoçumuz Əbülfəz Abuzərli (80 kq) də cəmi bir görüşlə çıxışını bitirib.
Xatırladaq ki, AÇ-nın ilk günü para-taekvondoçumuz Sabir Zeynalov (58 kq) bürünc, İmaməddin Xəlilovsa (70 kq) gümüş medal qazanıb.
İNTİQAM Məmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)



