Şahbaz Xuduoğlu: Fransanın səfiri Biləsuvarda kənd müəllimini ziyarət etdi
Bu xəbəri paylaş
Şahbaz Xuduoğlu: Fransanın səfiri Biləsuvarda kənd müəllimini ziyarət etdi
Bu yaxınlarda Andre Moruanın "İqlimlər" əsərinin tərcüməsini oxudum. Tərçüməçiyə zəng vurub, təşəkkürümü bildirdim. Bəlli oldu ki, tərcüməçi Biləsuvar rayonunun Bəydilli kəndində fransız dili müəllimi işləyib. Hal-hazırda təqaüdə çıxıb.
Kənd yerində belə bir mütəxəssisin olması məni çox heyrətləndirdi.
Bu gün cənab səfir Zakari Qrosla Hamarkəndə gedirik, doğulduğum kəndi görmək istəyir.
Yolüstü Bəydilli kəndinə döndük və Rəhim müəllimin evində həm onu ziyarət etdik, həm də yeni nəşr olunmuş İqlimlər kitabını ona hədiyyə etdik
Bu Rəhim müəllimin özü və ailəsi üçün çox gözlənilməz və çox xoş bir sürpriz oldu - həm kitabın nəşri, həm də Fransa səfirinin gəlişi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)








