Azərbaycan yığması AÇ-ının seçməsinə qələbəylə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan yığması AÇ-ının seçməsinə qələbəylə başlayıb -İNTİQAM təqdim edir (AZpress.AZ)
Azərbaycanın gənclərdən (U-22) ibarət voleybol komandası Avropa çempionatının seçmə qrup oyunlarına qələbə ilə başlayıb. Eldar Əliyevin rəhbərlik etdiyi yığmamız Kosovoda keçirilən seçmə mərhələnin ilk oyununda elə ev sahiblərini məğlub edib - 3:0 (25:17, 25:11, 25:20). Qrupda keçirilən digər oyunda isə Hollandiya Slovakiyanı eyni hesabla məğlub edib - 3:0.
İlk turdan sonra komandaların yarış cədvəlində vəziyyət belədir: Azərvaycan - 3 xal (setlərin fərqi 3:0), Hollandiya - 3 xal (3:), Slovakiya - 0 xal (0:3), Kosovo - 0 xal (0:3).
Qeyd: Reqlamentə görə, qrup liderləri və ikinci yeri tutan ən yaxşı komanda AÇ-nın finallarına qatılacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


