Rus nazir çıxış edən kimi 5 ölkə salonu tərk etdi

Rus nazir çıxış edən kimi 5 ölkə salonu tərk etdi 

 

Taylandın paytaxtı Banqkokda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammiti keçirilir.

Sammitdə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov çıxışa başlayan zaman Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiyanı təmsil edən nazirlər salonu tərk ediblər.

Bildirilib ki, nazirlər Rusiyanın Ukraynaya hücumlarına etiraz olaraq belə bir addım atıblar.

Qeyd edək ki, ümumilikdə 21 ölkənin iştirak etdiyi sammitin gündəliyinə COVİD-19-dan sonrakı dövrdə ticarət və investisiyaların təşviqi, xüsusilə də regionda azad ticarətə aparan yollar daxildir. Bundan başqa, müzakirəsi aparılan məsələlər arasında ərzaq təhlükəsizliyi, yüksək enerji qiymətləri və turizmin bərpası da var.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020