Sülhməramlıların növbəti oyunu: Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə tapıldı

Sülhməramlıların növbəti oyunu: Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə tapıldı

Sülhməramlıların növbəti oyunu: Moskvada yoxa çıxan Saxarovun abidəsi Xankəndidə tapıldı

 

Bu gün bir çox Rusiya KİV-i Moskvadakı Muzey parkında akademik Saxarovun abidəsinin yoxa çıxdığını yazıb.

“Memorial” cəmiyyətinin nümayəndələri heykəlin itdiyini açıqlayıb. Onların sözlərinə görə, “Muzeon”un mühafizəsi heykəlin bərpa üçün götürüldüyünü bildirib.

Qorki parkının mətbuat xidməti mühafizəçilərin sözlərini təsdiqləyib və bildirib ki, heykəl müəllifə ötən ilin payızında təhvil verilib. Onun parka qayıtması üçün heç bir tarix verilməyib.

Telegram kanalları bu gün Xankəndi şəhərindəki məktəbin yaxınlığında Saxarovun eyni heykəlinin qoyulduğunu bildirib.

Yoxa çıxan abidə Qarabağın Xankəndidə tapılıb – üzərində “Cəsarətli olun, ermənilər, işiniz haqq işidir” yazısı ilə.

Abidənin açılışında Rusiya sülhməramlı kontingentinin mayoru Vitali Fomin iştirak edib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020