"Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar" mövzusunda beynəlxalq elmi seminar keçiriləcək
Bu xəbəri paylaş
23 may 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti Departamentinin Elmi-Praktiki və Tədris Mərkəzinin və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Allergik xəstəliklərin diaqnostikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi seminar keçiriləcək. Beynəlxalq Elmi Seminar allergik xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində mütəxəssislərin təcrübə mübadiləsi və bacarıqlarının artırılması məqsədilə keçirilir. Seminarda Azərbaycan, Qazaxıstan və Rusiyadan olan ekspertlərin 4 təqdimatı nəzərdə tutulub. Elmi seminarın proqramına uyğun olaraq allerqoloq-immunoloq, pediatr, terapevt, qastroenteroloq, dietoloq, laboratoriya diaqnostikası üzrə mütəxəssislərin iştirakı gözlənilir.
Beynəlxalq elmi seminar ZOOM platformasında keçiriləcək
Seminarda iştirak ödənişsizdir. Bütün maraqlanan mütəxəssisləri seminarın işinə qoşulmağa dəvət edirik!
Qeydiyyat linki:
https://us06web.zoom.us/webinar/register/WN__xJ8nr0ERLWEbh7cZhQYeQ
Proqramla tanış olmaq üçün link:
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)