Qrup lideri “Ərkivan” (Masallı) FK-nın səfərdə növbəti qələbəsi Akif Ağayev (AZpress.AZ)
Bu xəbəri paylaş
Qrup lideri “Ərkivan” (Masallı) FK-nın səfərdə növbəti qələbəsi
“ROFM Bakı” FK-nı 4:2 hesablı məğlubiyyətə uğradıb
“Ərkivan” (Masallı) futbol komandası AFFA-nın həvəskarlar liqasında dördüncü inamlı qələbəsini qazanıb.
Azərbaycan çempionatının həvəskarlar liqasında dördüncü turun görüşü mayın 22-də, Bakı şəhərindəki “ASK Arena”da baş tutub. Masallı təmsilçiləri “ROFM” (Bakı) ilə qarşılaşıb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, ilk hissəni 2 top fərqi ilə məğlub başa vuran masallılar ikinci yarımhissədə tam üstünlüyü ələ almağı bacarıblar. Əflatun Məmmədovun rəqib qapısından keçirdiyi 4 top “Ərkivan”a növbəti qələbə sevincini yaşadıb.
Beləliklə, “Ərkivan” FK Bakı futbolçuları üzərində 4:2 hesabi ilə qalib gələrək “B” qrupunda 12 xalla liderliyini qoruyur.
Akif AĞAYEV,
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

