Attestasiyadan keçməyən din xadimləri vəzifəsindən azad ediləcək - - Diplomsuz mollalar məscidlərdən UZAQLAŞDIRILIR
Bu xəbəri paylaş
Attestasiyadan keçməyən din xadimləri vəzifəsindən azad ediləcək
Attestasiyadan keçməyən, heç bir səbəb olmadan attestasiyada iştirak etməyən din xadimləri vəzifəsindən azad ediləcək.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini qeyd edib ki, din xadiminin vəzifəsinə son verilməsi haqqında xüsusi qaydalar müəyyənləşib.
***
Diplomsuz mollalar məscidlərdən UZAQLAŞDIRILIR
Məscidlərdə və ibadət yerlərində din xadimi kimi fəaliyyət göstərmək istəyənlərin mütləq dini ali və orta təhsili olmalıdır.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Komitə rəsmisi qeyd edib ki, din xadimi işləmək üçün xüsusi tələblər müəyyənləşdirilib:
"Din xadimlərini təyin etmək üçün müsahibə və attestasiya komissiyaları yaradılıb, tələb edilən müvafiq sənədlər açıqlanıb".
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)