Din xadimləri test imtahanı verəcəklər - - İbadət yerlərinə din xadimini bu şəxslər təyin edəcək - SİYAHI
Bu xəbəri paylaş
Din xadimləri test imtahanı verəcəklər
Din xadimləri gələcəkdə test imtahanından keçirilə bilər.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavini qeyd edib ki, bu məsələ digər xarici ölkələrin təcrübəsində var:
"Bizdə isə nümunə olaraq bu proses dövlət qulluğuna qəbul prosesinə uyğunlaşdırıla bilər. Din xadimlərinin işə qəbulu bir neçə mərhələdən, o cümlədən test imtahanından ibarət ola bilər. Hələlik ən uyğun qaydalar müəyyənləşdirilib".
***
İbadət yerlərinə din xadimini bu şəxslər təyin edəcək - SİYAHI
İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması ilə bağlı Müsahibə Komissiyası üzvlərinin siyahısı açıqlanıb.
Komissiyanın sədri Dini Qurumlarla İş üzrə Dövlət Komissiyasının sədri Gündüz İsmayılovdur.
Komissiyanın digər üzvləri isə bu şəxslərdir:
Mehman Qurban oğlu İsmayılov
Cahandar Fərhad oğlu Əlifzadə
Nahid Qadir oğlu Məmmədov
Elnarə İslam qızı Kərimova
Mirniyaz Mürsəl oğlu Mürsəlov
Əhməd Seyful oğlu Niyazov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)