Dini Komitə 39 məscidə imam axtarır - SİYAHI - Məsciddə işləmək istəyənlərdən tələb olunan SƏNƏDLƏR
Bu xəbəri paylaş
Dini Komitə 39 məscidə imam axtarır - SİYAHI
Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə elan edib.
Məlumata əsasən, hazırda 39 məsciddə imam vəzifəsinə namizəd axtarılır.
Müsahibə elan edilən ibadət yerləri aşağıdakılardır:
1. Suraxanı rayonu, "Fatimeyi-Zəhra" məscidi -imam vəzifəsi
2. Suraxanı rayonu, Bülbülə qəsəbə məscidi- imam müavini vəzifəsi
3. Səbail rayonu, "Həzrət Məhəmməd" məscidi - imam vəzifəsi
4. Yasamal rayonu, "İlahiyyat" məscidi- imam vəzifəsi
5. Şirvan şəhəri, "Cümə" mascidi - imam vəzifəsi
6. Şirvan şəhəri, "İmam Zeynalabdin" məscidi - imam vəzifəsi
7 Şirvan şəhəri, "Həzrət Əbülfəz" məscidi - imam vəzifəsi
8. Abşeron rayonu, Mehdiabad qəsəbə məscidi - imam vəzifəsi
9. Xırdalan şəhəri, "Cümə" məscidi - imam vəzifəsi
10. Zaqatala rayonu, Çobankol kənd məscidi - imam müavini vəzifəsi
11. Zaqatala rayonu, Faldarlı kənd məscidi - imam müavini vəzifəsi
12. Zaqatala rayonu, Lahıc kənd məscidi - imam müavini vəzifəsi
13. Qax şəhəri, "Mərkəzi Cümə məscidi - imam vəzifəsi
14. Ağdaş rayonu, Ləki qəsəbə məscidi - imam vəzifəsi
15. Lənkəran rayonu, Lüvəsər kand mascidi - imam müavini vəzifəsi
16. Lənkəran rayonu, İstisu qəsəbə məscidi - imam müavini vəzifəsi
17. Astara rayonu, Lovayn kənd məscidi - imam müavini vəzifəsi 18 Astara rayonu, Şuvi kənd məscidi- imam müavini vəzifəsi
19. Biləsuvar rayonu, İsmətli kənd məscidi - imam müavini vəzifəsi
20. Biləsuvar rayonu, "Cümə" məscidi-imam vəzifəsi
21. Cǝlilabad şəhəri, "Cümə" məscidi imam mūavini vəzifəsi
22. Xaçmaz şəhəri, "Təzə şəhər" məscidi - imam müavinı vəzifəsi
23. Xaçmaz rayonu, Xudat kənd məscidi - imam müavini vəzifəsi
24. Göyçay rayonu, Aşağı Qaraməryəm kənd məscidi - imam muavini vəzifəsi
25. İmişli şəhəri, "Məşədi Həbib" məscidi - imam vəzifəsi
26. İmişli şəhəri, "Cümə" məscidi - imam müavini vəzifəsi
27. İsmayıllı rayonu, "Məhəmmədiyyə" məscidi- imam vəzifəsi
28. Qobustan şəhəri, "Cümə" mescidi - imam müavini vəzifəsi
29. Quba şəheri, "Ağməscid” məscidi - imam vəzifəsi
30. Quba rayonu, Ağbil kənd mascidi - imam müavini vəzifəsi
31. Ağcabədi rayonu, Avşar kənd məscidi - imam müavini vəzifəsi
32. Oğuz rayonu, Kərimli kənd mascidi - imam vəzifəsi
33. Siyəzən şəhəri, "Cümə" məscidi -imam vəzifəsi
34. Yardımlı şəhər məscidi - imam vəzifəsi
35 Masallı rayonu, Təzəkənd kənd məscidi- imam müavini vəzifəsi
36. Masallı rayonu, Ağakişibəyli kənd məscidi-imam müavini vəzifəsi
37. Daşkəsən şəhəri, "Cümə" məscidi - imam vəzifesi
38 Neftçala şəhəri, "Sahib əz-Zaman" məscidi - imam vəzifəsi
39. Şəmkir rayonu, Düyərli kənd məscidi-imam vəzifəsi
***
Məsciddə işləmək istəyənlərdən tələb olunan SƏNƏDLƏR
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələri tutmaq istəyənlərdən tələb etdiyi sənədlərin siyahısı məlum olub.
Komitənin tələbinə əsasən, din xadimi olmaq istəyən şəxslərin mütləq dini təhsili olmalıdır.
Məscidlərdə vakant vəzifələri tutmaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi hal;
- Dini ali və orta -ixtisas təhsili haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd)
- Ərizə
- Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)