BDU-nun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir +FOTO=14

BDU-nun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir

 

Bakı Dövlət Universitetinin hazırlıq sektorunun əcnəbi tələbələrinin təqdimatında “Azad diyar – Şuşam mənim” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi barədə sərəncamını bütün Azərbaycan xalqı sevinclə qarşılayıb. Çünki Şuşa hər bir azərbaycanlının 30 illik həsrəti, Azərbaycan mədəniyyətinin beşiyidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuz Şuşanı və digər işğal altında olan torpaqlarımızı azad edərək, bu həsrətə son qoyub. Hazırda azad Qarabağımızda üçrəngli bayrağımız qürurla dalğalanır.

 

Daha sonra BDU-nun Hazırlıq sektorunun türk, çinli, qazaxıstanlı tələbələri Qarabağa, Şuşaya, türk dünyasının birliyinə həsr olunmuş şeirlər, mahnılar səsləndirib, müxtəlif dram əsərlərindən səhnəciklər göstəriblər.

 

Tədbir tələbələrin alqışları ilə qarşılanıb.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020