Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapıldı
Bu xəbəri paylaş
Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapıldı
ABŞ-da hazırlanmış çiçək xəstəliyinə qarşı tekovirimat preparatın meymunçiçəyi ilə mübarizə üçün uyğun vasitə olduğu aşkarlanıb.
Bu barədə "Lancet" elmi nəşri yazıb.
"Həmkarlarımız meymunçiçəyi epidemiyasının yayılmasının səbəblərini araşdırmağa çalışdığı müddətdə, biz bu xəstəliklə mübarizə üçün keçmişdə hansı antiviral dərmanların istifadə olunduğu ilə maraqlandıq", - Böyük Britaniyanın Liverpul Universitetinin elmi işçisi Hyu Adler deyib.
O qeyd edib ki, 2018-2021-ci illər üzrə məlumatların təhlilinin nəticələrinə əsasən, iki əsas dərman - brincidofovir və tekovirimat müəyyən edilib. Birinci dərman suçiçəyi ilə mübarizə üçün, ikincisi isə ABŞ-da hökumətin bioloji silah təhlükəsi ilə mübarizə proqramına uyğun olaraq yaradılıb.
Alimlər hesab edirlər ki, daha az təhlükəli olan meymunçiçəyi tekovirimat preparatı ilə müalicə olunacaq.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)