“Maksimə cinayət işi açsalar…”- Alla Puqaçovadan sərt xəbərdarlıq
Bu xəbəri paylaş
“Maksimə cinayət işi açsalar…”- Alla Puqaçovadan sərt xəbərdarlıq
Məşhur estrada ulduzu Alla Puqaçova müharibə əleyhinə mövqeyinə görə Rusiya Federasiyasında mühakimə oluna biləcək əri, şoumen Maksim Qalkinin müdafiəsinə hazır olduğunu bəyan edib.
Bunu onların ailə dostu, rusiyalı publisist Marat Gelman YouTube kanalının efirində deyib.
O, Puqaçovanın sözlərini sitat gətirib: “Maksimə qarşı iş başlasalar, o zaman mən danışmağa başlayacağam və dayanmayacağam”.
O, həmçinin əlavə edib ki, Puqaçova hələ də Ukraynadakı müharibə barədə sussa da, ukraynalıları dəstəkləyir. Bundan əlavə, Gelman qeyd edib ki, Puqaçova Putinin başlatdığı müharibəni dəlilik hesab edir, lakin o, hələ Putin rejiminə qarşı mübarizə aparmağa hazır deyil.
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərində Alla Puqaçova əri Maksim Qalkin və əkiz uşaqları ilə İsrailə gedib. Oradan şoumen informasiya müharibəsi aparır və Ukraynadakı müharibə ilə bağlı həqiqətləri danışır.
Belə sərt anti-müharibə mövqeyinə görə M.Qalkin artıq Rusiya Federasiyasında “arzuolunmaz şəxs”ə çevrilib. Qalkin altı il işlədiyi Birinci Kanaldan qovulub. Həm də bütün konsertləri ləğv edilib. Bundan əlavə, Rusiyada ona qarşı cinayət işi başlamaq istəyirlər.
İndi o, İsraildədir və artıq bir sıra konsertlər elan edib və əldə etdiyi gəlirin bir hissəsini ukraynalı qaçqınlara kömək üçün köçürəcək.
Xatırladaq ki, bundan əvvəl Maksim Qalkin sükutu pozaraq müharibənin onu necə dəyişdirdiyini göstərmişdi.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)