AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub +FOTO=5

AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub +FOTO=5

AHK Azərbaycan Üzvlərinin Ümumi Yığıncağı 100-ə yaxın biznes nümayəndəsinin iştirakı ilə baş tutub 

 

24 may 2022-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100-ə
yaxın biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün
AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK
Azərbaycanın il ərzində təşkil etdiyi tədbirlər və əldə olunmuş nəaliyyətlər təqdim olunur.
Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədri cənab Fərid İsayev görüşün proqramını
qısa şəkildə iştirakçılara təqdim edib. Palatanın və əməkdaşların gərgin əməyini yüksək
qiymətləndirən sədr Palata üzvlərinin sayının artmasını, yeni AHK İşçi Qruplarının yaradılmasını
və gücləndirilməsini, Almaniyadan nümayəndə heyətlərinin Azərbaycana səfər etməsini və çox
sayda fiziki tədbirlərin uğurla baş tutmasını özəlliklə vurğulayıb.

 

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Heiko Schwarz, AHK
üzvlərini salamlayaraq, səfirliklə bağlı yenilikləri bölüşüb. Cənab Schwarz Almaniya və
Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü xatırladaraq, iki
ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının
vacibliyini vurğulayıb. Çıxışını yekunlaşdıraraq, o, davamlı uğurlu əməkdaşlığa görə Palataya
minnətdarlığını bildirib.

 

Daha sonra AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın
fəaliyyəti və maliyyə göstəriciləri, o cümlədən ötən ilin nəaliyyətləri və növbəti illərdə nəzərdə
tutulan layihələr haqqında qısa hesabatı qonaqlara təqdim edib.

 

“Ötən ilin sonuncu Üzvlər Yığıncağından etibarən AHK Azərbaycana 15 yeni şirkət üzv olub və
hal-hazırda Almaniya və Azərbaycandan iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 163
şirkət
Palatamızın üzvüdür. Sevindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, Palatamızın
keyfiyyətli işi və öhdəliyi sənayenin müxtəlif sahələrindən yeni şirkətləri cəlb etməyi bacarır.”
Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsindən sonra AHK
Azərbaycanın yeni üzvləri təqdim olunub. Tədbir Süleymanbəyli Qrupunun ifasında canlı
musiqinin müşayiətində işgüzar şam yeməyi ilə yekunlaşıb.

 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020