"WhatsApp"da yeni funksiya işə salınacaq- Yoxa çıxan mesajlar...

"WhatsApp"da yeni funksiya işə salınacaq- Yoxa çıxan mesajlar...

"WhatsApp"da yeni funksiya işə salınacaq- Yoxa çıxan mesajlar...

 

"WhatsApp" istifadəçilərə yoxa çıxan mesajları yadda saxlamağa imkan verəcək.

Bu barədə "WABetaInfo" saytı məlumat yayıb.

Portalın məlumatına görə, məxfi mesajlarla işləmə qaydaları dəyişiləcək. Belə ki, messencer istifadəçilərinə yoxa çıxan mesajları saxlamağa icazə veriləcək.

Bunun üçün parametrlər bölməsində "Saxlanmış mesajlar" düyməsinin əlavə olunması planlaşdırılır.

Mütəxəssislər qeyd edir ki, bu yenilik istifadəçilərin bir-birinə göndərdiyi vacib mesajların silinməməsi üçün faydalı olacaq.

Bildirilir ki, yeniləmələr həm "WhatsApp Web", həm də "Android" və "İOS" smartfonları üçün tətbiq ediləcək.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020