Azərbaycan karateçiləri AÇ-nın ilk günü fiaskoya uğrayıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Azərbaycan karateçiləri AÇ-nın ilk günü fiaskoya uğrayıblar -İNTİQAM təqdim edir (AZpress.AZ)
Ağayev 12-ci, Zaretska isə 3-ü çempionluğunu qazana bilməyib
Dünən Türkiyənin Qaziantəp şəhərində böyüklər (kişi və qadınlar) arasında karateninin WKF versiyası üzrə növbəti avropa çempionatına start verilib. Çempionatın ilk günü yarışlara 22 karateçi ilə qatılan Azərbaycan üçün heç də yaxşı olmayıb. Belə ki, start günündə dayanq üzərinə çıxan 7 (6-sı şəxsi kumite, 1-i isə kata üzrə) təmsilçimizdən heç biri mükafatçılar arasında yer ala bilməyib. Hətta 11 qat Avropa çempionu (5 qat dünya çempionu) Rafael Ağayev (75 kq) və ikiqat qitə birincisi olmuş İrina Zaretska (68) da fərqlənə bilməyib. Ağayev ilk iki görüşünü qələbə ilə başa vurduqdan sonra 14 finalda büdrəyib. Titullu karateçimiz daha sonra təsəlliverici döyüşdə də uduzaraq AÇ-la əliboş vidalaşıb. İkiqat çempionumuz Zaretskaya gəlincə, o elə start döyüşündəcə məğlubiyyətlə üzləşib. Bununla da Ağayev arzusunda olduğu 12-ci, Zaretska isə 3-cü çempionluq cevincini yaşa bilməyib.
Digər təmsilçilərimizdən Fəridə Əliyeva (68 kq) bürünc medal uğrunda uduzaraq, çıxışını medalın bir addımlığında dayandırıb. Asiman Qurbanlı (+84 kq) ikinci, Turqut Həsənovla (84 kq0 Ayla Rzazadə (61 kq) isə start görüçündəcə uduzaraq AÇ-la erkən vidalaşıb. Kata üzrə şəxsi yarışa qatılan Roman Heydərov iki mərhələni keçsə də bürünc medal uğrunda döyüşdə büdrəyib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

