Bakıda güclü yanğın: Helikopterlər cəlb olundu (+VİDEO)
Bu xəbəri paylaş
Bakıda güclü yanğın: Helikopterlər cəlb olundu (+VİDEO)
Bakıda güclü yanğın başlayıb.
Yanğının Nərimanov rayonu ərazisində, “Ulduz” metrosunun yaxınlığındakı istehsal müəssisələrindən birində baş verdiyi bildirilir.
Qeyd olunur ki, əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət
Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilməyərək saat 15:06-da məhdudlaşdırılıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)