DSX-nin hərbi qulluqçusunun özünü asaraq öldürməsi barədə Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir
Bu xəbəri paylaş
Mayın 26-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.
Bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev bildiriblər ki, daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)