Çimərlik güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Çimərlik güləşçilərimiz Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünya Güləş Birliyi (UWW) çimərlik güləşi üzrə yarışların yeni mövsümə start verir. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, həftəsonu Türkiyədə Dünya Seriyasının ilk mərhələsi keçiriləcək. Mayın 28-29-da Sarıgerme qəsəbəsində baş tutacaq yarışda Azərbaycan pəhləvanları da iştirak edəcəklər. Qeyd edək ki, bu turnirdə ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli, Ramiz Həsənov (hər ikisi 70 kq), Omid Kamaliagdam (80 kq), İbrahim Yusubov (90 kq) və Camal Feyziyevdən (+90 kq) ibarət beşlik təmsil edəcək. Reqlamentə əsasən, iştirakçılar əvvəlcə qrup mərhələsində mübarizə aparacaq. Daha sonra yarımfinal və final görüşləri keçiriləcək. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Dünya Seriyasının ilk mərhələsində I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020