Karateçilərin Avropa çempionatı davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərin Avropa çempionatı davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçilərin Avropa çempionatı davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin Qaziantep şəhərində böyüklər (kişi və qadınlar) arasında karatenin VKF versiyası üzrə keçirilən Avropa çempionatı davam edir. Azərbaycanın 22 karateçi ilə qatıldığı çempionatın ikinci günü də təmsilçilərimiz üçün yadda qalan olmayıb. Xatırladaq ki, AÇ-nın ikinci günü şəxsi kumite yarışlarına çıxan İnci Əzizova (50 kq), Mədinə Sadiqova (55 kq), Aminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) ilə yanaşı, kumite və kata üzrə komandalarımız da mübarizəyə qatılıb. Adıçəkilən karateçilərimizdən yalnız Sadiqova bürünc medal uğrunda döyüşmək imkanı qazanıb. Onun üçüncülük uğrunda döyüşü mayın 28-də keçiriləcək. Digərlərinə gəlincə, Əzizova iki döyüşdən sonra əvvəlcə 14- finalda. ardından isə təsəlliverici döyüşdə uduzub. Elə start döyüşündəcə uduzan Quliyevdən fərqli olaraq, Ağalarzadə 3

 

Heyəti İsmayıl Quliyev, Tural Balcanlı və Rəvşən Əliyevdən ibarət olan kata üzrə yığmamız öz qrupunda ikinci olmaqla, bürünc medal uğrunda döyüşmək imkanı əldə edib. Komandamız mayın 29-da bürünc medal uğrunda Xorvatiyaya qarşı mübarizə aparacaq.

 

Heyətində Fəridə Əzizova, Ayla Rzazadə, Mədinə Sadiqova və İrina Zaretskanın yer aldığı qadın kumite komandamız ilk qarşılaşmada Serbiyanı məğlub edib - 2:1. Növbəti mərhələdə komandamız Xorvatiya ilə üzləşəcək.

 

Heyəti Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən ibarət olan kişi kumite komandamız isə mübarizəyə ikinci mərhələdə Kosovoya qarşı döyüşlə qatılacaq.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020