Almaz Həsrət: 44 günlük müharibədə qazanılmış Qələbə münasibətilə məktəb həyətində 44 ədəd gül əkildi
Bu xəbəri paylaş
Almaz Həsrət: 44 günlük müharibədə qazanılmış Qələbə münasibətilə məktəb həyətində 44 ədəd gül əkildi
"Şuşa ili" ilə əlaqədar 44 günlük müharibədə qazanılmış Qələbə münasibətilə məktəbimizin həyətində simvolik olaraq 44 ədəd gül əkildi. Millət vəkili çox hörmətli professorumuz Nizami Cəfərovun və QHT sədri Nailə xanım İsmayılovanın şagirdlərimizlə, müəllimlərimizlə bərabər gül əkmə aksiyasında iştirak etməsi çox qürurverici və məktəblilərimiz üçün böyük stimul oldu. İnşallah Şuşaya səfərimiz günü bu aksiyanı orada davam edəcəyimizi bildirdik. Dəvətimizi qəbul edib, gül əkmə aksiyamızda iştirak edən ziyalılarımız Nizami müəllim və Nailə xanıma təkrar kollektivimiz adından təşəkkür edirik.
Qələbəni bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyeva var olsun deyirik. Qanını torpağa hopduran şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


