Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının nailiyyətlərini yüksək qiymətləndirib +FOTO=3
Bu xəbəri paylaş
Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının nailiyyətlərini yüksək qiymətləndirib
Haluk Bayraktar Yüksək Texnologiyalar Parkının innovativ məhsulları ilə yaxında tanış olub
“TEKHNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edən “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, Akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullara baxış keçirib.
H.Bayraktar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu bildirib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlədən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, Akademiyada əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.
Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyə qeyd edən H.Bayraktar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.
YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov H.Bayraktarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və gələcək əməkdaşlıq perpektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


