Para-atletlərimizdən daha 2 medal qazandılar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Para-atletlərimizdən daha 2 medal qazandılar -İNTİQAM təqdim edir (AZpress.AZ)

Para-atletlərimizdən daha 2 medal qazandılar -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Nottvilldə (İsveçrə) paralimpiyaçılar arasında paraatletika üzrə keçirilən Qran-Pri davam edir. Turnirdə uğurla çıxış edən paraatletlərimiz biri qızıl, digəri gümüş əyarlı olmaqla daha 2 medal qazandılar. Qızıl medalı uzunluğa tullanma növündə iştirak edən Elçin Muradov (T11) qazanıb. o, 6.15 metr nəticə göstərərək bütün rəqiblərini geridə qoyub. Gümüş medala isə elə həmin növdə Toğrul Hümbətov (T11) yiyələnib. Toğrul 5.73 metr nəticə göstərərək ikinci yeri tutub.

Qeyd edək ki, Azərbaycan para-atletləri dünən də uğurla çıxış edərək 3 qızıl və 1 gümüş medal əldə etmişlər.

 

İNTİQAM Məmmədov

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020