28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib +FOTO=19
Bu xəbəri paylaş
28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Mayın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 28 nömrəli uşaq musiqi məktəbində 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP-ın Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Munis Bayramov, Baş İdarənin sektor müdiri Bətulə Məmmədəliyeva, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, uşaq musiqi, incəsənət məktəblərinin direktorları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Aparıcı Müstəqillik gününün tarixi haqqında qonaqlara ətraflı məlumat verib və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra, musiqi məktəbinin şagirdləri vətənpərvərlik ruhunda mahnılardan ibarət zəngin proqramla çıxış ediblər. Respublika həmçinin beynəlxalq müsabiqələr laureatları olan şagirdlər azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


















