Məmmədyarov "Çempionun Şahmat Turu" seriyasında 7-ci olmaqla, 39.250 dollar qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Məmmədyarov "Çempionun Şahmat Turu" seriyasında 7-ci olmaqla, 39.250 dollar qazanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə keçirilən "Çempionun Şahmat Turu" seriyasının sayca 4-cü olan "Chessable Masters" mərhələ yarışı başa çatıb. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla 16 zəka sahibinin onlayn formatda mübarizə apardığı turnirin qalibi Çin təmsilçisi Dinq Lijen olub. O, həlledici finalda hindistanlı Rameşbabu Praqqananandxanı məğlub edib. Yeri gəlmişkən, çempion 14 finalda isə Məmmədyarovun yolun kəsmişdi. Məmədyarova gəlincə, azərbaycanlı qrossmeyster turnirdə 7-ci yeri tutmaqla 39.250 ABŞ dolları qazanıb.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020