Osman Gündüz: Teknofest-in mesajları
Bu xəbəri paylaş
Osman Gündüz: Teknofest-in mesajları
Jurnalistlər soruşurlar ki, Teknofest-də diqqət çəkən, qeyri-adi nədir.
Maraqlı bir məqamı qeyd etmək istərdim. Düşünürəm ki, bu, həm də qərar qəbul edənlərimiz üçün bir mesaj olacaq.
Teknofest-də məktəblilərin, uşaqların, tələbə və gənclərin hazırladıqları layihələr və işlər içərisində ən çox gözə çarpan dronlardı.
Onlar müxtəlif təyinatlı, yük daşıyan, müşahidə aparan, dərman-gübrə səpən, mina axtaran və s. istiqamətlər üzrə çoxsaylı dronlar təqdim edirlər.
Sual oluna bilər ki burada qeyri-adi nə var ?
Qeyri-adilik odur ki , ölkəmizdə dronlarla bağlı məhdudiyyət var.
Yəni dronlar dövriyyəsi məhdudlaşdırılan avadanlıqıar siyahısına daxil edilib. Mövcud müvəqqəti Qaydalara görə dron gətirmək üçün 6 dövlət qurumunun rəyi lazımdır, istifadə ilə bağlı qeyri-müəyyənliklər çoxdur.
Təsəvvür edin ki, ölkəmizdə dronlara qadağa olduğu halda bu cür çoxsaylı maraq müşahidə olunur.
Əgər normal bir qeydiyyat və istifadə qaydaları hazırlansa düşünürəm ki bu sahə daha da sürətli inkişaf edə bilərdi.
Ümumiyyətlə, Teknofest həm də qərar qəbul edənlərimiz üçün, hökumət üçün də həlli vacib olan, sürətləndirilməsinə ehtiyac olan xeyli məsələlər haqqında ciddi mesajlar verir.
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)







