Yeniyetmə boksçularımız Özbəkistandan 4 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Yeniyetmə boksçularımız Özbəkistandan 4 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında ənənəvi beynəlxalq turnir keçirilib. İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan bəlli turnirdə Azərbaycan boksçuları da iştirak ediblər. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, boksçularımız sözügedən turnirdə 1-i qızıl, 1-i gümüş və 2-si bürünc əyarlı olmaqla 4 medal qazanıblar. Qızıl medalın sahibi bütün döyüşlərini qələbə ilə başa vuran Məhəmmədəli Aşurəliyevin (54 kq) aktivinə yazılıb. O, həlledici final qarşılaşmasında qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin keçən döyüşdə qələbə qazanan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Gümüş medal yalnız həlledici döyüşdə büdrəyən Tağı Nəsibovun (50 kq) payına düşüb. O, finalda özbəkistanlı İlhom Erqaşevlə bacarmayıb. Qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşdığından təmsilçimiz ikinci yerlə kifayətlənib. Yığmamızın aktivinə yazılan bürünc medalların sahibi isə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) olub.
Qeyd edək ki, yarışın yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov və referimiz Fikrət Hacıyevə təşkilatçılar tərəfindən fəxri diplomlar verilib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)


