Karateçimiz Mədinə Sadiqova AÇ-da yığmamıza ilk medalı qazandırıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Karateçimiz Mədinə Sadiqova AÇ-da yığmamıza ilk medalı qazandırıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Türkiyənin Qazıantəp şəhərində kişi və qadın karateçilər arasında keçirilən və Azərbaycanın 22 karateçi ilə qatıldığı Avropa çempionatı artıq finişə çatıb. Çempionatın bu günə təsadüf edən 4-cü günü nəhayət ki, yığmamızın aktivinə ilk medal yazılıb. Bürünc əyarlı bu medalın sahibi Mədinə Sadiqova (55 kq) olub.
Bu gün daha 3 para-karateçimiz - Eldar Əhmədov (K30), Emil Militinova (K10) və Nihat Məmmədzadə (K10) final döyüşünə çıxacaq. Adıçəilən triomuz ən pis halda gümüş medalı özünə təmin edib.
Sabah kişi kumite komandamız həlledici final, kişi kata komandamız isə bürünc medal uğrunda kiçik final döyüşünə çıxacaq.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020