Bakı-2022 Dünya Kuboku yarışlarından ilk nəticə

Atıcılıq üzrə Dünya Kubokunun bu gün Bakıda başlayan ilk yarışlarının nəticələri artıq məlumdur. 10 m-lik tüfəng atıcılığı üzrə qadınlar və kişilə arasında keçirilən yarışlarda yarımfinallara keçən komandalar müəyyənləşib.


Qadınlar arasında yarışda 96 nəfər iştirak edib. Macarıstan, Fransa, Polşa, Danimarka, Fransa, Rumıniya və Koreyadan ümumilikdə 8 nəfər (Polşadan 2 nəfər) yarımfinala vəsiqə qazanıb. Ən yüksək xalı Macarıstan nümayəndəsi toplayıb.


Tüfəng atıcılığı növündə 78 kişi mübarizə aparıb. Serbiya, Qazaxıstan, İsrail, Hindistan, Macarıstan, Avstriya, Polşa, Xorvatiya atletləri yarımfinala keçib. Kişilər arasında ən yüksək nəticəni Serbiya nümayəndəsi nümayiş etdirib.


Azərbaycanı bu növdə 3 kişi, 4 qadın təmsil edib.

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020