Adil Əliyev: Şəhid və qazi ailələri ilə növbəti qəbul keçirildi

Adil Əliyev: Şəhid və qazi ailələri ilə növbəti qəbul keçirildi

 

Mayın 26-da Milli Məclisə deputat seçildiyim 20 saylı Nərimanov ikinci seçki dairəsində yerləşən qərargahımda şəhid ailələrinin, qazilərin və secicilərin növbəti qəbulunu keçirtdim. Qəbul zamanı qaldırılan sosial, humanitar, tibbi məsələlərin bir qismi yerindəcə öz həllini tapdı. Digər müraciətlərin həlli məqsədilə aidiyyəti qurumlara məktubların hazırlanması və göndərilməsi tapşırıldı. Eləcə də, qarşılaşdıqları çətinliklərin həlli ilə əlaqədar zəruri məsləhətlər verilməklə, qanunvericiliyin tələbləri diqqətlərinə çatdırıldı. Qəbul zamanı şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qəbulda iştirak edən 34 vətəndaşımızın, eləcə də ünvanıma daxil olan bütün vətəndaş müraciətlərinə həssaslıqla yanaşılması, üzləşdikləri çətinliklərin aradan qaldırılması məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq tərəfimizdən bütün addımlar atılır.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020