Türkiyəli rektorlar İlahiyyat İnstitutunda olub

Türkiyəli rektorlar İlahiyyat İnstitutunda olub

Türkiyənin Konya Teknik Universitetinin rektoru Babur Özçelik və Necmeddin Erbakan Universitetinin rektoru Cem Zorlu Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olublar.


Aİİ rektoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. İnstitut haqqında geniş məlumat verən rektor bildirib ki, ali təhsil müəssisəsinin yeni binasında tələbələr üçün lazımi şərait yaradılıb. Qeyd edib ki, ölkənin yeganə ali dini təhsil verən müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Bu il ilk dəfə ali təhsil müəssisəsinin məzun verəcəyini vurğulayan A.Şirinov nəzərə çatdırıb ki, ilahiyyat sahəsində əsas biliklərə yiyələnən, eyni zamanda, dünyəvi elmlərə yaxından bələd olan kadrlar hazırlamaq Aİİ-nin qarşısında duran məqsədlərdəndir.


Türkiyəli rektorlar səmimi qarşılanma və ali təhsil müəssisəsi haqqında geniş məlumat üçün təşəkkürlərini bildiriblər. Onlar təmsil etdikləri qurumlar haqqında məlumat verərək, əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını vurğulayıblar.


Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.


Tədbir birgə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
 

 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020