Parisdə “Mona Liza”ya tort atdılar
Bu xəbəri paylaş
Parisdə “Mona Liza”ya tort atdılar
Parisdə Luvr Muzeyində bir ziyarətçi Leonardo da Vinçinin “Mona Liza” kimi tanınan “Cokonda” əsərini tortla bulayıb.
Bir kişi böyük izdihamın içində məşhur rəsm əsərinə tort atıb. Mədəniyyət müəssisəsinin mühafizəsi az sonra yeməyi atan şəxsi kənarlaşdırıb və muzey işçiləri dərhal binanın təmizliyinə başlayıb. Dünyaca məşhur əsəri ləkələyən vandalın kimliyi və motivləri məlum deyil.
Eyni zamanda büllur lövhə ilə qorunduğu üçün rəsm özü bundan zərər görməyib. Bu, “Mona Liza”ya edilən ilk hücum deyil. 2009-cu ildə bir turist stəkanı tabloya tərəf ataraq onu qoruyan şüşəni zədələmişdi.
Bu xəbəri paylaş
( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır )
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !
BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA
(İsmayılova Xeyransa Eldəniz qızı)
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp: https://wa.me/994515203020
e-mail: azpressmedia@gmail.com