Pəhləvanlarımız Dünya Seriyasından 3 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Pəhləvanlarımız Dünya Seriyasından 3 medalla dönüblər -İNTİQAM təqdim edir (AZpress.AZ)
Türkiyənin Sarıgerme qəsəbəsində çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi keçirilib. İki gün davam edən yarışda Azərbaycan pəhləvanları da iştirak ediblər. Azərbaycan Güləş Federasiyasından aldığımız məlumata görə, kişilər arasında 4 çəkidə keçirilən bu yarışda Azərbaycan yığması biri qızıl, ikisi bürünc əyarlı olmaqla 3 medal qazanıb. Qeyd edək ki, qrup mərhələsini 4 güləşçimizin hamısı uğurla adlayıb. Onlardan İbrahim Yusubov (90 kq) yarımfinal və final görüşlərindən qalib ayrılaraq qızıl medala sahib çıxıb. Ramiz Həsənovla (70 kq) Omid Kamaliagdam (80 kq) bürünc medal əldə edib. Oyan Nəzəriani (+90 kq) yarışın ilk günündə qolundan ciddi zədə aldığı üçün medalın bir addımlığında dayanıb və bürünc medal görüşündə iştirak edə bilməyib. Beləliklə, çimərlik güləşi üzrə millimiz yeni mövsümü 1 qızıl və 2 bürünc medalla açıb.
Komanda hesabında Azərbaycan 67 xal toplayaraq Gürcüstandan cəmi 1 xal geri qalmaqla ikinci yeri tutub. Ev sahibi olan Türkiyə isə 58 xalla 3-cü olub.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)

