Basketbol yığmamız Avropa Kubokuna qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız Avropa Kubokuna qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

Basketbol yığmamız Avropa Kubokuna qatılacaq -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyunun 4-dən 5-dək Kiprin Limasol şəhərində 3X3 vasketbolu üzrə kişilər arasında Avropa Kubokunun seçmə qrup oyunları keçiriləcək. Həmin turnirdə Azərbaycan komandası da mübarizə aparacaq. Yığmamız Kipr, Andorra və Lüksemburq millisi ilə eyni qrupda çıxış edəcək. Digər qrupda isə İrlandiya, Kosovo və Albaniya yığması qarşılaşacaq. İyunun 4-də qrup oyunları keçiriləcək. Reqlamentə görə, qrup liderləri birbaşa 12 finala çıxacaq. Qrupda 2-3-cü yerləri tutanlar isə mübarizəni 14 finaldan davam etdirəcəklər. Sonda iki ən güclü komanda Avropa Kubokunun 9-11 sentyabr günləridə Avstriyanın Qratse şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Artıq sözügedən turnirdə iştirak edəcək Azərbaycan komandasının heyəti də bəllidir. Heyətdə Cordan Devis, Orxan Aydın, Amil Həmzəyev və Endar Poladxanlı yer alıb.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020