Aykido üzrə 8-ci Beynəlxalq seminar və kəmər imtahanı keçirildi

Aykido üzrə 8-ci Beynəlxalq seminar və kəmər imtahanı keçirildi

28 May Azərbaycan Respublikasının müstəqillik günündə Beynəlxalq Real Aykido federasiyasının təşəbbüsü ilə Bakıda Real Aykido özünümüdafiə sənəti üzrə 8-ci Beynəlxalq seminar və kəmər imtahanı keçirilib.


Tədbirdə fəxri qonaq qismində dövlət rəsmiləri, federasiya rəhbərləri, incəsənət xadimləri iştirak etdilər.
 


Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlamış və vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə davam edib. Bədii açılışdan sonra, fəxri qonaqlar idmançılara uğurlar arzu edərək onlara öz töhvələrini verib. Seminarda Real Aykidoçularla yanaşı başqa federasiyaların idmançıları da iştirak edib. Daha sonra növbəti idman dərəcələri uğrunda kəmər imtahanı baş tutub. Seminarı Beynəlxalq Real Aykido federasiyasının prezidenti 7-ci dan qara kəmər ustası, professor İqor Petroviç keçirib. 300-ə yaxın idmançının iştirak etdiyi kəmər imtahanı uğurla nəticələnib və Azərbaycan Real Aykido federasiyası 5-ci dəfə dünya üzrə 1-ci yerə layiq görülüb. 14 imtahan iştirakçısı isə ən yüksək nəticə göstərərək 1-ci, 2-ci və 3-cü dan qara kəmər dərəcələrinə layiq görülüb. Sonda Azərbaycan Real Aykido federasiyasının rəhbəri Fariz Abdullayev uzun illər göstərdiyi xüsusi xidmətlərinə görə, Beynəlxalq federasiyanın rəhbəri İqor Petroviç tərəfindən 5-ci dan qara kəmər ustası adına layiq görülmüş və təşəkkürnamə ilə təltif edilib.

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020