Qadın voleybol yığmamız hazırlıq prosesinə start verib -İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybol yığmamız hazırlıq prosesinə start verib  -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

Dünən qadın voleybolçulardan ibarət Azərbaycan millisi qarşıdakı məsul yarışlara hazırlıq məqsədi ilə Bakıda təlim-məşq toplanışına (TMT) start verib. Xatırladaq ki, yığmamızı qarşıda V İslam Həmrəyliyi Oyunları və eləcə də AVRO-2023-ün təsnifat mərhələsi gözləyir. Komandamız ilk məşqini “Murov” Voleybol Klubunun idman zalında keçirib. Toplanışa rəhbərlik edən Eldar Yusubov düşərgəyə 25 idmançı cəlb edib. Ona TMT-da Vüqar Əliyev və Emin Əbilov kömək edirlər.

 

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, voleybolçularımız AVRO-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020