Məmmədyarovla Rəcəbovun da qatıldığı "Norway Chess" turniri davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Məmmədyarovla Rəcəbovun da qatıldığı "Norway Chess" turniri davam edir -İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu gün Norveçin Stavanqere şəhərində azərbaycanlı qrossmeysterlər - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldığı "Norway Chess" şahmat turniri klassik partiyalarla davam edəcək. Qeyd edək ki, dünən başa çatan və həmyerlilərimizdən Məmmədyarovun 5-ci, Rəcəbovunsa 10-cu yeri tutduğu blits turnirdə olduğu kimi klassik şahmat üzrə keçiriləcək bu yarışda da azərbaycanlı şahmatçılarla yanaşı, dünya çempionu Maqnus Karlsen, Aryan Tari (hər ikisi Norveç), Uesli So (ABŞ), Aniş Qiri (Hollandiya), Vişi Anand (Hindistan), Maksim Vaşye-Laqrav (Fransa), Van Xao (Çin) və bolqarıstanlı Veselin Topalov mübarizə aparacaq. Qeyd edək ki, burada hər qələbəyə görə 3 xal verilir. Oyun heç-heçə bitdikdə, rəqiblər özlərini "armaqeddon"da sınayırlar. "Armaqeddon"da isə qalib 1,5, məğlub isə 1 xal qazanır. İlk turda Məmmədyarov Aryan Tari ilə, Rəcəbovsa Uesli So ilə qarşılaşacaq. Dairəvi sistem üzrə keçiriləck bu turnir də 9 turdan ibarət olacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
(İsmayılova Xeyransa Eldəniz qızı)