Yığmamızın Avro-2022-dəki təqvimi və heyəti açıqlanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

Yığmamızın Avro-2022-dəki təqvimi və heyəti açıqlanıb -İNTİQAM təqdim edir (AZpress.AZ)

 

İyunun 4-də Slovakiyanın Koşitse şəhərində mini-futbol üzrə Avro-2022-nin final mərhələsinə start veriləcək. Azərbaycan da daxil olmaqla AÇ-də 24 milli komanda mübarizə aparacaq. Yığmamız çempionatın B qrupunda İspaniya, Albaniya və Rumıniyaya qarşı oynayacaq. Artıq yığmamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi də hazırdır. Yığmamız iyunun 4-də ilk matçını Rumıniyaya (saat 19:15) qarşı keçirəcək. 6 iyunda İspaniya (saat 19:00) milisinə rəqib olan yığmamız iyunun 7-də isə Albaniyaya (12:30) qarşı oynayacaq. Yığmanın baş məşqçisi Elşad Quliyev AÇ-də Vüsal İsayev, Tural Nərimanov, Taleh Babayev, Rəvan Kərimov, Mirmehti Rzayev, Bəxtiyar Soltanov, Tamraz Əmircanov, Elvin Əlizadə, Tanrıverdi Məhərrəmli, Vitaliy Borisov, Samir Həmzəyev, Seymur Məmmədov və Asif Zeynalovun xidmətindən yararlanmaq qərarına gəlib.
İNTİQAM Məmmədov

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020