28 may Müstəqillik gününə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=12)

28 may Müstəqillik gününə həsr olunmuş konsert keçirildi (AZpress.AZ, İ.Nəriman, +FOTO=12)

 


31 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında 28 may Müstəqillik gününə həsr olunmuş konsert keçirildi.
Konsertdə bədii rəhbəri Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə və dirijor Taleh Qəmbərovun rəhbərliyi altında BMA-nın "Nəfəs və zərb alətləri" kafedrasının tələbələrindən ibarət Nəfəs alətləri orkestri böyük müvəffəqiyyətlə çıxış etdilər.
Konsert proqramında Ü.Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himni, M.Maqomayevin "Radio marşı" (işlənməsi R.Axundzadə, İ.Allahverdi), Q.Qarayevin "Yeddi gözəl" baletindən Vals, "Taksi" k/f-dən musiqi parçası, C.Denenin "Mehter marşı" (işlənməsi F.Məmmədzadə), R.Axundzadə "Qələbə marşı" əsərləri səsləndirildi.
Bayram əhval-ruhiyyəli konsert hər kəs tərəfindən böyük maraqla və gurultulu alqışlarla qarşılandı.
 

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
BAŞ REDAKTOR :  XEYRANSA  İSMAYILOVA 
(İsmayılova Xeyransa Eldəniz qızı)
WhatsApp:     https://wa.me/994515203020